Kiyev Moskvanın tələbinə cavab verib | VİDEO

   Kiyev Moskvanın tələbinə cavab verib    | VİDEO
  10 Dekabr 2025    Oxunub:561
Ukrayna öz ərazisi və suverenliyi ilə alver etmir.
AzVision.az xəbər verir ki, Ukraynanın BMT-dəki daimi nümayəndəsi Andrey Melnik Təhlükəsizlik Şurasının (TŞ) belə deyib.

“Biz Milad bazarlığında deyilik. Biz məhşur Çerkizovski bazarında deyilik. Rusiya Ukraynanın təslim olmasını istəyir. Amma mənim cavabım budur: Ukraynanı yox, bublikin deşiyini alacaqsınız!” – ukraynalı diplomat Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzyanın çıxışından sonra bildirib.

BMT TŞ-nin dekabrın 9-da keçirilən iclası Rusiya qüvvələrinin Ukraynada mülki əhalini və infrastruktur obyektlərini intensiv atəşə tutması məsələsini müzakirə edib.

BMT-nin İnsan Haqları İdarəsinin yaydığı hesabatda 2025-ci ilin iyun-noyabr ayları arasında Ukraynada mülki qurbanların sayının əhəmiyyətli dərəcədə artdığı vurğulanıb.

Avropa İttifaqının (Aİ) BMT-dəki nümayəndəsi Stavros Lambrinidis BMT TŞ-nin iclasında bəyan edib ki, Rusiya mülki hədəflərə hücumlarını gücləndirməklə Ukraynada sülh yaratmaq niyyətində olmadığını sərgiləyir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: Ukrayna   Rusiya   cavab  



Xəbər lenti